Bakıda iki yolda sürət həddinin endirilməsi ilə bağlı yol nişanları quraşdırılıb
Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.
“Turanın səsi ” in xəbərinə görə bu barədə mediaya açıqlamasında Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.
“Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik”,- deyə məlumatda qeyd edilib.