Bayden Finlandiyanın NATO-ya üzv qəbul edilməsini alqışlayır


ABŞ Prezidenti Cozef Bayden Finlandiyanın NATO-ya üzv qəbul edilməsini alqışlayır və İsveçin ən qısa zamanda alyansa qoşulmasını səbirsizliklə gözləyir.

turanın səsi ” xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

“Bu gün Finlandiyanı 31-ci NATO müttəfiqi kimi salamlamaqdan qürur duyuram”, – o deyib.

ABŞ Prezidenti xatırladıb ki, Finlandiya və İsveç 2022-ci ilin mayında üzvlük üçün müraciət ediblər.

“Bir ildən az müddətdə Finlandiyanı NATO-ya üzv qəbul edirik, bu, müasir tarixdə ən sürətli ratifikasiya prosesidir”, – C.Bayden əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir