Ukrayna XİN başçısı ABŞ-dan daha çox silah istəyib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230405_001846.jpg)
Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Kuleba tviterdə yazıb.
O bildirib ki, daha çox ərazini işğaldan azad etmək üçün Ukraynaya daha çox silah lazımdır.
Kuleba həmçinin Ukraynaya verdiyi sarsılmaz dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib.