Fazil Mustafaya qarşı terror aktı Milli Məclisin iclasında qınanılıb
“Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayırıq”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu işdə əli olanların cəzalarını alması istiqamətində aidiyyəti qurumların gördüyü işlər dəstəklənir:
“Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, eləcə də bütün bu sistemlə əməkdaşlığı olanlar layiqli cəzasını alacaq. Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bunu hər kəs belə qəbul etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalı və hamı bilməlidir ki, xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri və maraqları nədən ibarətdir”.
Q.Paşayeva bildirib ki, terroru törədənlərin arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda və ya təhdid edə bilməz:
“Azərbaycan dövləti güclü dövlətdir. Dövlətimiz, xalqımız nəyin nə olduğunun yaxşı fərqindədir və terror hadisələrinin qarşısını almaq üçün bütün lazımi addımları da atacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI