İngiltərə Premyer Liqası: “Tottenhem” “Everton”la oyunda qələbəni əldən verib  

İngiltərə Premyer Liqasının 29-cu turunda “Tottenhem” səfərdə “Everton”un öhdəsindən gələ bilməyib. Bu, “mahnızlar”ın baş məşqçi  Antonio Kontesiz ilk oyunu olub.

Turanın səsi ” xəbər verir ki, “Tottenhem” Liverpul təmsilçisinə qarşı oyunda son dəqiqələrdə qələbəni əldən verib.

Belə ki, 68-ci dəqiqədə Harri Keyn hesabı açıb. Hücumçu penaltini qola çevirə bilib.

Komandaların futbolçuları oyun ərzində qarşılıqlı şəkildə qırmızı vərəqə alıblar. Birinci oyundan Abdulaye Dukure kənarlaşdırılıb. O, 58-ci dəqiqədə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə alıb. Daha sonra 88-ci dəqiqədə Lukas Moura qayda pozuntusuna görə matçdan xaric edilib. Braziliyalının oyuna daxil olduqdan cəmi 6 dəqiqə sonra uzaqlaşdırılması diqqət çəkib.

Qarşılaşmanın sonunda “Everton” Moyzes Kenin səyi nəticəsində tablodakı hesabı bərabərləşdirib – 1:1.

Beləliklə, “Tottenhem” 29 oyunda 50 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. “Nyukasl” və “Mançester Yunayted”in də aktivində eyni sayda xal olsa da, komandalar “mahnızlar”dan 2 oyun daha az keçirib. Londonluların digər yaxın təqibçiləri arasında “Brayton”, “Brentford” və “Liverpul” var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir