Stoltenberq: “Rusiyanın nüvə şantajına boyun əyməyəcəyik”

“Rusiyanın nüvə şantajına boyun əyməyəcəyik”.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək niyyətini açıqlaması Qərbi qorxutmaq cəhdidir:

“Rusiya istəyir ki, biz Ukraynaya dəstəyi dayandıraq. Amma belə olmayacaq. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

O qeyd edib ki, NATO ayıq-sayıq qalacaq və Rusiyanın gördüyü işləri diqqətlə izləməyə davam edəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb. Belarus Prezidenti Aleksandr Lukaşanko martın 31-də bunu təsdiqləmişdi və nüvə-taktiki silahının yerləşdirilməsi üçün Belarusda müvafiq şəraitin yaradıldığını söyləmişdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir