Zelenski Rusiya qoşunlarına xəbərdarlıq edib: “Ukrayna müdafiəçiləri əks-hücuma hazırlaşır”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230116_023412.jpg)
“Ukrayna müdafiəçiləri əks-hücuma və işğal olunmuş ərazilərini azad etməyə hazırlaşır”.
“Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, düşmən Ukraynanı tərk etməsə, məhv olacaq.
Zelenski ehtimal olunan əks-hücum əməliyyatlarının təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsinin aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını söyləmişdi.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində taktiki vəziyyətin yaxşılaşdığını bildirib.