Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın Volqoqrad vilayəti, Sredneaxtubinsk rayonunun Standartnıy yaşayış məntəqəsində “Bekas” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.
“Turanın səsi ” xəbər verir ki, məlumatı TASS yayıb.
Hadisənin səbəbi araşdırılır. Başqa itki və xəsarət alanın olmadığı bildirilib.