Çavuşoğlu: “Lavrovla danışılacaq çox mövzu var”

“Rusiyalı həmkarım Sergey Lavrovla danışılacaq çox mövzu var”.

Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, tərəflər ikitərəfli əlaqələrlə yanaşı, həm də “Taxıl razılaşma”sının müddətinin uzadılması barədə danışacaqlar:

“Rusiya sazişinin 60 gün uzadılmasına razılıq verib. 120 gün isə hələ ki, konkret deyil, bu barədə də fikir mübadiləsi aparacağıq”.

Çavuşoğlu, həmçinin söyləyib ki, tərəflər Suriya, Liviya və digər regionlardakı durum barədə də danışacaqlar.

Qeyd edək ki, Lavrov 6-7 apreldə Türkiyədə səfərdə olacaq. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, diplomatlar Cənubi Qafqazdakı durumu da müzakirə edəcəklər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir