“Çelsi”nin baş məşqçisi istefaya göndərilib
Londonun “Çelsi” futbol klubu Qrem Potterin komandanın baş məşqçisi postundan istefaya göndərildiyini açıqlayıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
“Qrem Potterin klubu tərk etdiyini elan edirik. O, klubun şərtləri ilə razılaşıb. Əməyinə görə ona təşəkkür etmək istəyirik və gələcəkdə uğurlar arzulayırıq”, – deyə məlumatda bildirilib. “Çelsi”də baş məşqçi vəzifəsini Bruno Saltor icra edəcək.
Potter 2022-ci ilin sentyabrından “Çelsi”yə rəhbərlik edir və müqaviləsi 2027-ci ilin iyununun sonuna qədər idi.
47 yaşlı mütəxəssislə birlikdə “Çelsi” bütün yarışlarda 12 qələbə qazanıb, 11 məğlubiyyətlə üzləşib və 8 dəfə heç-heçə edib.
Komanda İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində 28 oyundan 38 xalla 11-ci pillədə qərarlaşıb.
Klub həmçinin Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və “Real Madrid”lə qarşılaşacaq.