Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacaq – YENİLƏNİB

0

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.

turanın səsi ” in məlumatına görə, İraqın Neft Nazirliyi (-211 min barel), Küveytin neft naziri Bader əl-Mulla (-128 min barel), Omanın Energetika Nazirliyi (-40 min barel/gün) ) və Əlcəzairin Energetika Nazirliyi də (-48 min barel/gün) neft hasilatını azaldacaqlarını bəyan ediblər.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edib ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib:

“Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir”.

19:32

Qazaxıstan may ayından bu ilin sonuna qədər neft hasilatını gündəlik 78 min barel azaltmaq niyyətindədir.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan may ayından 2023-cü ilin sonuna qədər OPEC+ üzvü olan digər ölkələrlə birlikdə gündəlik 78 min barel həcmində könüllü olaraq hasilatın azaldılmasını həyata keçirəcək”, – bəyanatda deyilir.

Məlumata görə, bu ixtisar 5 oktyabr 2022-ci il tarixdə OPEC+ nazirlərin 33-cü görüşündə qəbul edilmiş hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.

Eyni zamanda Səudiyyə Ərəbistanı da may ayından 2023-cü ilin sonunadək gündəlik neft hasilatını 500 min barel azaldacaq.

Rusiya baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, rəsmi Moskva könüllü olaraq gündəlik neft hasilatının 500 min barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzadacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir