NATO-da işçilərə “TikTok”dan istifadə qadağan edilib

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə “TikTok” sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə NATO nümayəndələrinə istinadən CNN məlumat yayıb.

“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. “TikTok” NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil”, – alyansın yüksək səviyyəli rəsmisi telekanala bildirib.

Qeyd olunub ki, artıq NATO rəhbərliyi səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubla qadağa rəsmiləşib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir