Slovakiya Ukraynaya “MiQ-29”lar və “Kub” verib


“Slovakiya Ukrayna ordusuna təhvil vermək üçün döyüş sursatı istehsalını artırmaq istəyir”.

Turanın səsi ” in məlumata görə, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Nazir Ukrayna üçün döyüş sursatı istehsalını artırmaq planları ilə bağlı daha ətraflı təfərrüatları açıqlamayıb.

Eyni zamanda o xatırladıb ki, ölkəsi vəd edilmiş 13 ədəd “MiQ-29” qırıcısından ilk dördünü və “Kub” hava hücumundan müdafiə sistemini Ukraynaya artıq təhvil verib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir