Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var

0

Türkiyədə avtobus və yük maşınlarının da olduğu 11 nəqliyyat vasitəsi toqquşub.

“Turanın səsi “ Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəncirvari yol qəzasında ilkin məlumata görə, 17 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusu və minik avtomobili yol kənarındakı boşluğa düşüb, 2 minik avtomobili isə qarşıdakı yük maşınlarına arxadan çırpılıb.

Əraziyə çoxlu sayda sağlamlıq, xilasetmə və polis qrupları cəlb edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir