Şirvanda polis əməliyyat keçirdi narkotiklə saxlanılanlar var

0

Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan ” turanın səsi ” nə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı 7 nəfər saxlanılıb.
Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı C.Qurbanovdan 440 qram, E.Hacıyevdən 475 qram, Z.Abbasovdan 440 qram, M.Hüseynovdan 450 qram, M.Ağamidən 470 qram, M.Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan H.Ələkbərovdan üzərinə keçirilən baxış zamanı isə 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi daha 800 qramdan heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Lənkəran sakininin evindən 6 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samit Baxşiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Axundovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı E.Axundovun üzərindən və yaşadığı evdən 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla E.Axundovun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son 10 gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb. Ümumilikdə isə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı cari ilin əvvəlindən 40 kiloqrama yaxın təkcə güclü təsiredən xassəyə malik narkotik vasitə heroin qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir