“Azərbaycanın Milli Qəhramanı Mədət Quliyev : ” Ulu Öndər mənə dedi ki, insanda ən vacib keyfiyyət sədaqətdir “

“İlk dəfə Ulu Öndərlə görüşəndə mənə baxaraq dedi ki, Mədət sənsən?

Dedi : mən elə bilirdim ki, sənin boyun 2 metrdir. Bildirdim ki, 1,67 metr boyum bu dünyadadır, 2 metr də yerin altındadır.

Turanın səsi ” xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunmuş “Tarixin dərsləri” adlı görüşdə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

Məndən soruşdu ki, insanda hansı keyfiyyətlərə qiymət verirsən? Bildirdim ki, gücə, ağıla, savada, qətiyyətə və s. Gənc yaşlarda idim. İllər keçdikdə gördüm ki, həqiqətən də, insan üçün ən vacib keyfiyyət sədaqətdir.

İlk dəfə Ulu Öndər Heydər Əliyevlə telefonla danışanda ağır yaralı idim. Xəstəxanada müalicə olunurdum, telefon vasitəsilə əlaqə yaradıldı və dahi şəxsiyyətin səsini eşitdim.

İkinci dəfə dekabrın 26-da onunla görüşmüşəm. Mənə dedi ki, sənə Milli Qəhrəman adı verilib. Məni qucaqlayıb öpdü, çox sevinmişdim. Sonra həyatımda bir neçə dəfə Ulu Öndərlə görüşmüşəm. O, daim qəlbimizdədir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir