DİN-in mətbuat xidmətindən verilən məlumatlar (20.03.2023)

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə ⤵️

Martın 28-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

✖ ✖ ✖

Axtarışda olduğuna görə ümumilikdə 146, o cümlədən borclu şəxs qismində axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

✖ ✖ ✖

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

✖ ✖ ✖

Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

✖ ✖ ✖

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

✖ ✖ ✖


Polis əməkdaşlarının martın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

✖ ✖ ✖

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 8,6 kiloqrama yaxın heroin, 5,1 kiloqramdan çox marixuana, 70 qramdan çox metamfetamin və 52 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

✖ ✖ ✖
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə paytaxtın Xətai və Nəsimi rayonları ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Martın 28-də gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Maarif Əzizov saat 2 radələrində avtomobillə saxlanılıb.

✖ ✖ ✖


Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Rəşad Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı Xətai və Nəsimi Rayon Polis idarələrində araşdırmalar aparılır.

✖ ✖ ✖


Narkotik

DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Natiq Əlizadə Sumqayıtçay dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 1 kiloqram 431 qramdan artıq heroin, 1 kiloqram 415 qram marixuana və 44 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Salmanovdan isə 1 kiloqram 100 qram marixuana götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

✖✖✖


Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə Nizami rayonu ərazisində oğurluq əməlində şübhəli bilinən şəxs saxlanılıb.
Martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17.800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Keçirilən operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rövşən Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

✖ ✖ ✖


Quldurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Kərimli və Tural Həmidov müəyyən olunaraq saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

✖ ✖ ✖


Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən saxlanılıb

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

✖ ✖ ✖



Soyğunçuluq

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də Xırdalan şəhəri ərazisində şəhər sakini Ş.Sərdarovun 430 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Razim Nəsirli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

✖ ✖ ✖


Narkotikin təsiri altında avtomobil idarə edən 2 nəfər sürücülük hüququndan məhrum edilib

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İmişli rayon sakini Hüseyn Hüseynzadənin idarə etdiyi “Mercedes” və Lənkəran rayon sakini Ağasəlim Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobillər Abşeron rayonu ərazisində saxlanılıblar.
Polis əməkdaşları tərəfindən hər iki sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 327, 332, 333, 342-ci maddələri ilə protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə Hüseyn Hüseynzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətində inzibati qaydada həbs, Ağasəlim Məmmədzadə isə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimə olunublar.

✖ ✖ ✖


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov
Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub. Dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir