Komitə sədri: “Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır”
“Bəzən dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı müraciətlər alırıq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan biri də ambulator müalicə zamanı dərmanların tapılmamasıdır.
“Dövlət tibb müəssisələrində stasionar müalicə zamanı dərman vasitələri dövlət tərəfindən qarşılanır. Lakin ambulator müalicədə dərman təminatı zəifdir. Dərmanların qiymətlərinin yüksək olması çoxsaylı narazılıqlara səbəb olur. Bunlar hamısı nəzərə alınmalıdır. Bu məsələ ilə əlaqəli TƏBİB rəhbərliyi ilə danışıqlar aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin. Təbii ki, bu məsələnin həlli böyük ödəniş tələb edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunun imkanları günü-gündən genişlənir. İlk olaraq qazi və şəhid ailəsinin üzvləri, sonrakı mərhələdə isə əlil və təqaüdçülər üçün bu imkan yaradılsın”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI