XİN: “Ceyhun Bayramovun tarixi səfərindən sonra İsraillə əməkdaşlıq daha da genişlənəcək
“Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək”.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
“Azərbaycan-İsrail tərəfdaşlığı daha güclü olsun”, – o bildirib.
Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir.
Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.
Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.
Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI