Paytaxt yollarında hərəkətin təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilib – Qaydalara əməl edək

0

Paytaxtda dayanma-durma və parklanma, piyada təhlükəsizliyi ilə bağlı profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.

Binəqədi, Xətai, Nizami rayon polis idarələrinin və yol polis şöbələrinin əməkdaşları tərəfindən qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda, yeraltı-yerüstü piyada keçidlərindən istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işlər aparılır.

Tədbirlər çərçivəsində yollarda dayanma-durma və parklanma qaydalarına əməl edilməsi, nəqliyyat vasitəsini ikinci cərgədə, səkilərdə, piyada keçidlərində və digər qadağan olunan yerlərdə park edilməsinin qarşısı alınıb.

Qaydalara əməl etməyən hərəkət iştirakçılarının nəzərlərinə çatdırılıb ki, hər bir qayda pozuntusu digər şəxslərin təhlükəsiz, rahat və fasiləsiz hərəkətinə mane olmaqla ləngimələrə — sıxlıq və tıxaclara səbəb olur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir