BMT: “Nüvə silahları ilə bağlı gərginlik narahatlıq doğurur”


“Nüvə silahları ilə bağlı artan gərginlik narahatlıq doğurur”.

Turanın səsi ” in xəbərinə gorə bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirmək planı pisləyib.

Sözçü bildirib ki, BMT-yə üzv bütün dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidir: “Nüvə silahları riskləri qəbulolunmazdır. Gərginliyi artıracaq hər hansı hadisə və ya hərəkətdən çəkinmək lazımdır. Bütün ölkələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin öhdəlik və vəzifələrini yerinə yetirməlidirlər”.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 25-də Belarusa taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir