KXDR raketlərdən istifadə ilə atmosferdə imitasiya edilmiş nüvə partlayışı həyata keçirib

Şimali Koreya “yer-yer” taktiki ballistik raketlərdən istifadə edərək imitasiya olunmuş nüvə partlayışı həyata keçirib.

Turanın səsi ” xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Nüvə partlayışının imitasiyasının 500 m yüksəklikdə həyata keçirildiyi qeyd edilir.

Yaponiya Müdafiə Nazirliyi isə öz növbəsində Şimali Koreyanın Yapon dənizinə iki ballistik raket atdığını bildirib. Raketlər təxminən 350 km məsafə uçub, maksimal uçuş hündürlüyü 50 km olub.

Eyni zamanda Şimali Koreya ordusu nüvə silahı daşıya və “radioaktiv sunami” yarada bilən sualtı pilotsuz təyyarəni yenidən sınaqdan keçirib. Məlumata görə, 27-28 “strateji sualtı silah sistemi” sınaqdan keçirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir