DİN-in mətbuat xidmətindən verilən məlumatalar (27.03.2023)

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

Martın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 94, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

× × ×

Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

× × ×

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

× × ×

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

× × ×

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

× × ×


Polis əməkdaşlarının martın 25-də və 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

× × ×

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin, 2,7 kiloqramdan çox marixuana, 720 qramdan çox metamfetamin və 99 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

× × ×


Oğurluq

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 1180 manatını oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Niyaməddin İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

× × ×


Hədə-qorxu ilə tələb etmə

Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200.000 manat verilməsinin tələb olunduğu və sonradan 20.000 manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir