KİV: “Qarabağ” – “Qalatasaray” oyununda transfer danışığı baş tutub


Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.

Turanın səsi ” xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: “Qarabağ”ın futbolçusu Toral Bayramov “Qalatasaray”ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb”.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 2019-cu ildən “köhlən atlar”ın formasını geyinən Toral Bayramovun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Ötən ilin yayında da “Qalatasaray”ın gənc oyunçu ilə maraqlandığı iddia olunub .Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün “sarı-qırmızılılar”la matçda iştirak etməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir