“Qalatasaray”ın futbolçusu: “Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı”
“Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı”.
“Turanın səsi ” in məlumatına görə, bunu “Qalatasaray”ın futbolçusu Yunus Akgün Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.
23 yaşlı yarımmüdafiəçi matçın maraqlı və çətin alındığını bildirib: “Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə çox sağ ol düşür”.
Forvard komandanı coşqu ilə qarşılayan azərbaycanlı azarkeşlərə təşəkkür edib: “Burada bizi bir çox “Qalatasaray” fanatı qarşıladı. Təyyarədən düşdüyümüz andan etibarən özümüzə qarşı xoş münasibət gördük”.
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunundan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.