Aİ Rusiya və Belarusa xəbərdarlıq edib: “Sanksiyalarla cavab verəcəyik”
“Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarı eskalasiya və Avropanın təhlükəsizliyinə təhdid deməkdir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb.
O bildirib ki, bu, Belarusun öz seçimidir: “Minsk bunun qarşısını ala bilər”.
J.Borel, həmçinin vurğulayıb ki, Aİ buna növbəti sanksiyalarla cavab verməyə hazırdır.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb