Yuxarı Şirvan kanalında meyit tapılıb
Yuxarı Şirvan kanalında meyit tapılıb.
Bu barədə “turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI