Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi mövcud məhdudiyyətlərdən yayınmaqla mübarizəyə yönələcək


Rusiyaya qarşı növbəti – 11-ci sanksiyalar paketində Avropa İttifaqı əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə ciddi diqqət yetirməyi planlaşdırır.

Turanın səsi ” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Aİ sammitinin birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“11-ci sanksiya paketində biz ilk növbədə məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə diqqət yetirəcəyik”, – o qeyd edib.

Eyni zamanda, fon der Leyen qeyd edib ki, hətta onuncu sanksiyalar paketi təsdiqlənəndə də Aİ-də bu istiqamətdə müəyyən tədbirlər görülüb.

O, 11-ci sanksiyalar paketi üzərində işə nə vaxt başlamasının planlaşdırıldığını dəqiqləşdirməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir