Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb

0


Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım formasında 470 milyon dollar ayırmağa qərar verib.

Turanın səsi ” “Nikkei” qəzetinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, – hökumət başçısı bildirib.

Yaponiya lideri Kiyevə martın 21-də gedib. O, Ukraynaya Yeddilik Qrupu liderlərindən sonuncusu olaraq səfər edib.

“Gündoğar ölkə” bu il G7-yə sədrlik edir və may ayında Xirosimada sammitə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb. Kişida Zelenskini videobağlantı vasitəsilə sammitdə iştiraka dəvət edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir