ABŞ Dövlət Departamenti: Ermənistanda insan haqları pozulur
ABŞ Dövlət Departamenti Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.
“Turanın səsi ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb.
Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.