ABŞ-da ermənilərin vandallığını əks etdirən sərgi keçirilib
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu ölkədəki səfirliyimiz tərəfindən məşhur italyan fotoqraf Fabrisio Kontinin “Aghdam Delenda” fotosərgisi keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.
Sərgidə Azərbaycanın bir sıra şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdıldığını əks etdirən fotolar nümayiş etdirilib.
Sərgidə Filadelfiya Şəhər Şurasının üzvləri və digər şəxslər iştirak edərək Azəbaycana dəstək veriblər.