İran KİV-dən hakimiyyətə çağırış: “Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin”
“Sağ qalmağınızı, ötənilki hadisələrin təkrarlanmamasını istəyirsinizsə, siyasətinizi dəyişin”.
“turanın səsi ” xəbər verir ki, bunu İranda çıxan hakimiyyətə bağlı “Cümhur-e İslami” qəzeti yeni illə bağlı (İran təqvimi ilə martın 21-də yeni il başlayır – red.) məqaləsində rejim nümayəndələrinə müraciət edərək yazıb.
Mətbu orqan İranın Ukrayna müharibəsinə müdaxiləsi və ölkədə milli valyutanın devalvasiyasından da bəhs edib: “Baş verən hadisələr yürüdülən mövcud siyasətin nəticəsidir”.