Bu gün spiker Sahibə xanım Qafarovanın doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin Sədri, filologiya elmləri doktoru, professor Sahibə Əli qızı Qafarovanın doğum günüdür.
Böyük ürəyi ilə uzun illərdir ki, dövlətə və dövlətçiliyə xidmət edən, sadə, səmimi olduğu qədər də qətiyyətli, tələbkar Sahibə xanımı “turanın səsi ” informasiya portalının yaradıcı kollektivi adından ürəkdən təbrik edir, uca Allahdan ona möhkəm can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, çətin və şərəfli işində Azərbaycan dövlətçiliyi naminə uğurlar arzulayırıq.
Sahibə xanım Qafarova Şəmkir şəhərində anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini ( Bakı Slavyan Universiteti ) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.
1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib.
1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.
2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.
2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin “Fulbrayt Skolarşip” proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb.
2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.
2015–2017 Avropa Şurası Parlament Assambleyasının “Zorakılıqdan azad qadınlar” parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.
2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Hal-hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifidir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI