DİN-in mətbuat xidmətindən verilən məlumatalar (18.03.2023)

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə

Martın 17-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

× × ×

Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

× × ×

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

× × ×

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

× × ×

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.


× × ×


Polis əməkdaşlarının martın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 42 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 7,9 kiloqrama yaxın heroin, 28 kiloqramdan artıq marixuana, 4,9 kiloqramdan artıq tiryək, 1 kiloqramdan çox metamfetamin, 112 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

× × ×


Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmənin xəsarət aldığı iddia olunur.

Bununla bağlı medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, qeyd olunan hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər.

Turanın səsi ” xəbərinə görə , bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını almışdır. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır.

Odurki araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir.

× × ×


Martın 18-da saat 16 radələrində Astara rayonu Şiəkəran kəndində 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya xəsarət yetirilməsi polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “turanın səsi ” nə bildirilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən Ə.Ramazanovanın həyat yoldaşı 1991-ci il təvəllüdlü Fərmayil Fizuli oğlu Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir