Deputat : “Azərbaycan xalqı zəngin mədəni irsə malikdir “

0

Xalqımızın qədim adət və ənənələrini özündə birləşdirən Novruz bayramı da məhz mədəni irsimizin zənginliyindən xəbər verir. Yazın ilk günü qeyd olunan Novruz bayramının fəlsəfəsi təbətin oyanmasını və həyatı özündə simvolizə edir.  Novruz adətlərinə nəzər yetirdikdə görmək olur ki, birlik, həmrəylik, sülh şəraitində yaşamaq xalqımızın öz adət-ənənələrində də öz təcəssümünü tapır.

Turanın səsi ” xəbər verir ki , bu barədə YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Cavid Osmanov deyib .

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Novruza qədər 4 çərşənbə qeyd olunur ki, bu çərşənbələrdə də müxtəlif ayin və inanclar həyata keçirilir.

Su, Od, Yel və Torpaq adlandırılan Novruz çərşənbələrinin fəlsəfəsi də həyat əlaməti olan 4 ünsürü özündə ehtiva edir.  Sonuncu Torpaq çərçənbəsi xalq arasında həmçinin İlaxır çərşənbə də adlandırılır ki, bu çərşənbə xalqımız tərəfindən daha böyük coşqu ilə qeyd edilir.

Uşaqlar və gənclər tərəfindən böyük sevinc və maraqla qeyd edilən “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə təcəssüm etdirir.

Novruzda aşıqların, xanəndələrin, xalq müğənnilərin, kəndirbazlar, pəhləvanlar, folklor birliklərinin, həmçinin Novruz personajları olan Kosa, Keçəl və Bahar qızın iştirakı ilə  ölkəmizin hər bir bölgəsində keçirilən kütləvi bayram şənliklərinin mahiyyətində xalqın birlik və həmrəyliyi dayanır. Sovetlər dövründə rəsmi bayram kimi qeyd olunmasa da xalqımız öz qədim bayramı olan Novruzu və onun çoxsaylı adətlərini qoruyub saxlamağı və sonrakı nəsillərə ötürməyi bacarmışdır.

Xalqımız müstəqillik bərpa etdikdən və ən əsası da  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başladı.

Novruz bayramı münasibətilə xalqa təbriklərinin birində  Ümummilli Lider Heydər Əliyev Novruzu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin  xalqımızın milli bayramı olan Novruza özünəməxsus münasibəti vardır. Cənab Prezidentin hər il xalqa bayram təbriki ünvanlaması, keçirilən bayram şənliklərində iştirak etməsi və 2007-ci ildən Novruzun 5 gün bayram olaraq qeyd olunması dövlətimizin Novruz bayramına olan özünəməxsus münasibətindən xəbər verir.

Çox hörmətli Birinci vitse-preidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bundan əlavə, 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli  nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bütün bunlar Azərbaycan mədəni irsini dünyada təbliğ edən Mehriban xanım Əliyevanın həyata keçirdiyi misilsiz işlərin bariz nəticəsidir. Həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Belə ki, 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulmuşdur.  

Hər zaman Azərbaycanı çiçəklənən, güclü, xalqımzı isə firavan görmək istəyən və ömrünü bu müqəddəs missiyaya həsr edən Ulu Öndər Heydər Əliyev 20 mart 1998-ci ildə Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində çıxışı zamanı qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Artıq xalqımız həmin günləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və Novruz bayramı artıq həmin ərazilərdə qeyd edilir.

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir