Borel: “Bu həbs qərarı yalnız başlanğıcdır

0

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı qərarını alqışlayıb.

Turanın səsi ” in xəbər verir ki, bu barədə J. Borel tviterdə bildirib.

“Cinayətlərin şiddəti və BCM-nin bəyanatı öz-özündən xəbər verir”, – Aİ-nin baş diplomatı vurğulayıb.

“Bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır. Biz Avropa İttifaqında həmişə açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzün günahkarları məsuliyyətə cəlb edilməlidir”, – J. Borel qeyd edib.

Borel əlavə edib ki, bu həbs qərarı Ukraynada hərbi cinayətlərə görə potensial günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir