Baş nazir bütün şəhidlərin adının məktəblərə verilməməsinin səbəbini açıqlayıb
“Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə gəlincə, ölkədə 4500-ə yaxın məktəb var. Bunun da 3600-ə qədəri adlıdır. Nəzərə almaq lazımdır ki, bəzi hallarda bir neçə şəhid eyni məktəbdə oxuyub. Yaxud da başqa səbəblərdən onların adı məktəblərə verilə bilmir”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır: “Mümkün olduğu qədər onlara bütün yardımlar göstərilir. Küçə və prospektlərə şəhid adlarının verilməsi məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI