Ukrayna Baş Qərargahı: “Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”

“Müvəqqəti işğal olunmuş Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, Tokmak şəhərində Rusiyanın FTX əməkdaşları bu ölkənin pasportunu almaqdan imtina edən Ukrayna yerli vətəndaşlarını onların övladlarını həbsxanaya atacaqları ilə hədələyirlər:

“Həmçinin valideynlər Zaporojye vilayətinin Vasilivka bölgəsinə deportasiya olunmaqla təhdid edilirlər”.

Məlumatda, həmçinin bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib:

“Raket qoşunları və artilleriya bölmələri son sutkada düşmənin 3 idarəetmə məntəqəsini, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi 2 ərazini, 2 radiolokasiya stansiyasını, həmçinin yanacaq-sürtkü materialları anbarını vurub”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir