İranda yenidən zəlzələ olub

İran ərazisində yenidən zəlzələ olub.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki,  5,2 bal gücündə qeydə alınan yeraltı təkanların episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 27 km cənub-şərqdə yerləşib, ocağı 61 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ  qeydə alınıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir