Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib

0


Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyası Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, bu il mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, 69 yaşlı Rəcəb Təyyib Ərdoğan Türkiyə Respublikasının 12-ci prezidentidir. O, 2003-2014-cü illərdə Türkiyənin Baş naziri olub, 2014-ci ildən isə Türkiyə Prezidentidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir