FHN-in Türkiyədə olan ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib (video, foto)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə, 684-ü uşaq olmaqla, 3123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI