DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (15.03.2023)
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “turanın səsi ” nə verdiyi xəbərə görə
Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini, 1987-ci il təvəllüdlü Xəndan Teymurov “HOVO” markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
×××
Martın 14-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
×××
Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
×××
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
×××
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
×××
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09