Kahramanmaraşda 4,8 maqnitudalı zəlzələ olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230311_103024-2.jpg)
Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 maqnituda gücündə zəlzələ baş verib.
“Turanın səsi ” “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb.
Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ məlumat yoxdur.