MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

0

Milli Məclisin deputatı Emin Hacıyev MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında iştirak etmək üçün martın 15-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə “Gənclər siyasəti sahəsində termin və anlayışlar lüğətinin hazırlanması”, “Müasir zamanda gənclərin parlament strukturlarının fəaliyyəti” mövzularında, habelə “Birlik Gəncləri” Elektron kitabxanası” layihəsi ilə bağlı müzakirələr aparılacaq, digər məsələlərə də baxılacaq.

Millət vəkili Emin Hacıyev yığıncaqda çıxış edəcək.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir