Rusiyanın Ukraynada itkilərinin sayı 160 000-i keçib


Rusiya Silahlı Qüvvələrinin Ukraynada canlı qüvvə itkilərinin sayı 160 540 nəfərə çatıb.

Turanın səsi ” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya ordusu son sutkada Ukraynada 740 hərbçi itirib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin müharibədəki digər döyüş itkiləri isə 3 484 tank, 6 789 zirehli maşın, 2 120 operativ-taktiki PUA, 495 reaktiv yaylım atəşi sistemi, 2 519 artilleriya sistemi, 260 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 5 367 avtomobil və tanker və 256 xüsusi texnikadan ibarətdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir