Ukrayna Nazirlər Kabineti hərbi büdcəni 14 milyard dollardan çox artırıb

Ukrayna hökuməti büdcə xərclərinin 537 milyard qrivna (14,68 milyard ABŞ dollar – Red) artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib ki, bunun da böyük hissəsi orduya ayrılacaq.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Hökumət bu gün dövlət büdcəsinin xərclərinin 537 milyard qrivna artırılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Biz təhlükəsizlik və müdafiə sektoruna 518 milyard qrivnadan (14,16 milyard ABŞ dollar – Red) çox vəsaitin ayrılmasını, ehtiyat fondunun daha 19 milyard (520 milyon ABŞ dollar – Red) artırılmasını təklif edirik”-deyə, o bildirib.

O, Nazirlər Kabinetinin orduya ödənişlər, hərbi və xüsusi texnika və texnikanın alınması üçün əlavə vəsaitin ayrılmasını təklif etdiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, vəsait Qərb tərəfdaşlarının dəstəyi ilə ayrılacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir