Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb


Cənubi Koreya ordusu Koreya Xalq Demokratik Respublikasından (KXDR) iki qısa mənzilli ballistik raketin buraxılışını qeydə alıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) ​​Hvanhe-Namdo əyalətinin Çanen rayonundan Yapon dənizinə doğru buraxılıb.

Qeyd olunub ki, bu ərazidən əvvəllər heç bir ballistik raket buraxılışları qeydə alınmayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir