Adanada 4,4 maqnitudalı zəlzələ olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230311_103024-1.jpg)
Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
“turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7,7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:31-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.