Ərdoğan: “Regionda və dünyada baş verən gərgin hadisələr 14 may seçkilərini daha vacib edir”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20220917_190315.jpg)
“Əlbəttə, bütün seçkilər çətin və əhəmiyyətlidir. Amma regionda və dünyada baş verən gərgin hadisələr 14 may seçkilərini daha vacib edir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK parti vilayət başçılarının iclasında deyib.
O bildirib ki, müxalifətin gündəliyində millətin taleyi ilə bağlı bir dənə belə olsun məsələ yoxdur:
“Onlar əksinə, mövcud olan resursları dağıtmağı vəd edirlər. Həmçinin sərhədlərimizə təhdid yaradan, daxili sabitliyi pozmaq istəyən terrorçularla mübarizə də müxalifətin gündəliyində deyil”.