XİN: “Zəlzələdən sonra Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb”
“İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir”.
Bu barədə “turanın səsi ” nə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
“Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana ümumilikdə 686 nəfər təxliyə olunub.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI